Azərbaycanda "Omikron"la bağlı VACİB MƏLUMAT AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda "Omikron"la bağlı VACİB MƏLUMAT AÇIQLANDI

53988

Azərbaycanda yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən Mərkəzdən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qonşu ölkədə Omikrona yoluxanların sayı artdı


Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO