İngiltərə klubları “Beşiktaş”ın futbolçusu ilə maraqlanır

İngiltərə klubları “Beşiktaş”ın futbolçusu ilə maraqlanır

Hazırda oxunan: İngiltərə klubları “Beşiktaş”ın futbolçusu ilə maraqlanır

190161

"Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, "Vest Hem" 18 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi yaxın zamanda gənc forvard üçün "Beşiktaş"a rəsmi təklif göndərəcək. "Qara qartallar" türk oyunçunu 25 milyon avroya satmağa hazırdır.

Xəbərdə "Arsenal" və "Tottenhem"in də Semihlə maraqlandığı qeyd olunub.

Qeyd edək ki, Semih Kılıçsoy "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO