Deputatdan XƏBƏRDARLIQ: Koronavirus GERİ QAYIDIR?

Hazırda oxunan: Deputatdan XƏBƏRDARLIQ: Koronavirus GERİ QAYIDIR?

159212

“Əvvəlcədən proqnozlaşdırıldığı kimi, son dövrlərdə havaların soyuması ilə əlaqədar COVİD-19 virusuna yoluxma hallarının yenidən artması ehtimalı var. Son vaxtlar bu virusun da mutasiyaları yuxarı tənəffüs yollarının xəstəliyini törədən qrip və digər viruslar kimi adi və mövsümi xəstəliyə çevrilməkdədir. Üstəlik, insan orqanizmi də bununla mübarizə apara və tanıya bilir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, bu baxımdan da hazırda epidemioloji vəziyyətdə qeyri-adi bir vəziyyət müşahidə olunmur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda son bir həftə ərzində neçə nəfər COVID-19-a yoluxub?


“Amma qış aylarına qədər müəyyən təhlükələrlə üzləşə bilərik. Belə ki, bütün pandemiyaların yayılma tsiklinə baxdıqda görə bilərik ki, onlar 4 və ya 5 il ərzində aktuallıqlarını qoruyurlar.

Bu virus əvvəlcə şiddətli, qorxunc hal ala bilir, yəni yayılmalar baş verir. İlk 2 ildən sonra bu tendensiyanın aşağı düşməsi və daha sonra insan orqanizminin adaptasiya olması prosesi gedir.

Bu baxımdan da epidemiloji vəziyyətin qarşıdakı qış aylarında da diqqətdə saxlanılması vacibdir. Eyni zamanda, lazımi tədbirləri əldən vermək olmaz. Ümumi tendensiya isə budur ki, koronavirusun mutasiyalarının daha təhükəli istiqamətdə getməsi ilə bağlı əvvəlki qorxunc proqnozlar artıq özünü doğrultmur”. 

Bəs hazırda müşahidə olunan qrip və digər yuxarı tənəffüs yolları xəstəliklərinin əslində COVİD-19 virusunun zəifləmiş mutasiyası olması nə qədər mümkündür?

“Tutaq ki hansısa bir şəxsdə koronavirusun zəifləməkdə olan əlamətlərindən biri aşkar olundu və bu, müəyyən ağırlaşmalarla müşayiət olundu. Bunu əslində həmin virus törətmir. Belə ki, bu, bədən müqaviməti aşağı düşən zaman digər bakteriyalar və törədicilər hesabına baş verir. Hazırki mövsümi xəstəliklər, hətta pnevmaniyanın (sətəlcəmin) yaranmasına səbəb olan bütün proseslər pandemiyadan əvvəlki dövrlərdə də mövcud olub. Bu xəstəliklər yuxarı tənəffüs yollarının xəstəlik törədiciləridir. 

Əgər müəyyən qədər bədən müqavimətinə malik olan şəxsdə də həmin xəstəliklərdən biri baş verirsə, deməli, o sağlamlığına vaxtında diqqət yetirməyib. Mən həkimlik fəaliyyətim dövründə həm böyüklərdə, həm də uşaqlarda belə hallarla çox üzləşmişəm. Əgər kimsə soyuq payız və qış aylarında istər mövsümi xəstəliyə, istərsə də zəif mutasiyalardan birinə yoluxursa, ən azı 2-3 gün ərzində dincəlməlidir. 

Əgər bu dövrdə səhhətində ağırlaşma baş verirsə, həkimin məsləhət gördüyü preparatları qəbul etməlidir ki, vəziyyəti daha da ağırlaşmasın. Bir sözlə, “məndə koronavirus yoxdur, mən soyuqlamışam” – prinsipi özünü doğrultmayacaq”. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün açıqladığı məlumata əsasən, Azərbaycanda son bir həftə ərzində (02-08 oktyabr) 361 nəfərin koronavirusa (COVID-19) yoluxub. 

Eyni zamanda, COVID-19-a yoluxan 359 nəfər sağalıb. Həftə ərzində 5 nəfər COVİD-dən həyatını itirib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO