Ürək-damar xəstəlikləri niyə CAVANLAŞIB? 

Hazırda oxunan: Ürək-damar xəstəlikləri niyə CAVANLAŞIB? 

157066

Son illərdə ürək xəstəliklərindən vəfat edənlərin sayı kəskin şəkildə artıb. Ən dəhşətlisi də bu xəstəliyin sürətlə cavanlaşmasıdır. Azərbaycanda bu xəstəlik demək olar ki, son 10 ildə kütləvi olaraq çoxalmağa başlayıb.

Bəs ürək-damar xəstəliklərindən ölümlərin artmasına əsas səbəb nədir?

Bizim.Media-nın sualına cavab olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu, t.ü.f.d Rafiq Yusifli bildirib ki, ürək-damar xəstəliklərinin bir neçə faktordan, ilk növbədə insanların həyat tərzindən asılıdır:
 

MÖVZU İLƏ BAĞLI:

"Ani ölümlərin 68 faizi ürək-damar xəstəliklərindəndir" - Rahib Məmmədov


“Ürək-damar sistemi xəstəliklərinin yayılması və ölüm hadisələrinin artması olduqca müxtəlif səbəblərdən irəli gəlir. Həyatımızın intensivliyi, gərginliklər, informasiya bolluğu (mənfi ya müsbət), ətraf mühitin yaşayış üçün qeyri-sağlam olması, hipodinamiya (az hərəkət etmə), qeyri-sağlam, ziyanlı qidalanma, səs-küylü mühit, yuxu pozulması, piylənmə və zərərli vərdişlər bu xəstəliklərin artmasında mühüm rol oynayır.

Həkim qeyd edib ki, çox vaxt gözardı etdiyimiz yüksək qan təzyiqi, damarlarda ateroskleroz kimi xəstəliklərə səbəb olur ki, bunlarda stenokardiya, miokard infarktı, beyinə qan sızma, qəfləti ürək dayanması kimi hallarla nəticələnir:

“Bunların artması ilə bərabər insanların özlərində olan xəstəliklərə ciddi yanaşmamaları xəstəliklərin təhlükəli səviyyəyə çatmasına səbəb olur. Elə xəstə olur ki, beyinə qan sızanda qohumları onun 160-180 təzyiqinin olduğunu və dərmandan istifadə etmədiyini deyirlər. Hələ bunu qürurla özləri üçün “raboççi təzyiq” hesab edənlərə də rast gəlirik. Başa düşmürlər ki, təzyiqin 130-140-dan yuxarılığı onlar üçün ölüm riskini dəfələrlə artırır”.

Sonda həkim onu da vurğulayıb ki, hesablamalara görə, sağlamlığın 75% həyat tərzindən, 10%-i irsiyyətdən, yalnız 10%-i isə təbabətdən asılıdır:

“Uzun illərin həkimlik təcrübəmdə qan təzyiqi, şəkər və s. xəstəliyi olan, amma el arasında “özünə baxan” kimi tanınan adamların adi adamlar qədər normal yaşamalarının şahidiyəm. Amma heç nəyə əməl etməyib 30-40 yaşında həyatını itirənlər daha çoxdur. Bir məsələni də qeyd edim, bu gün tibb 30-40 il əvvəlkinə nisbətən çox inkişaf edib. Buna görə də sağlamlıq üçün həyat şəraitini düzgün tənzimləmək mütləq şərtdir”.

Röyanə Oğuz, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO