Azərbaycanda son həftədə koronavirusa yoluxanların SAYI

Hazırda oxunan: Azərbaycanda son həftədə koronavirusa yoluxanların SAYI

150788

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu həftədə koronavirusa (COVID-19) 8 nəfər yoluxub,7 nəfər sağalaraq aktiv həyat tərzinə davam edib.

Eyni zamanda ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı da açıqlanıb. Belə ki, Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 83 nəfərə vaksin vurulub.
Birinci mərhələ üzrə 26, ikinci mərhələ üzrə 20, üç və daha çox doza üzrə 32, pozitiv nəticədən sonra buster doza üzrə beş nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 271, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 925, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 372 təşkil edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO