Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla KTMT-nin baş katibinin müavini Valeri Semerik arasında telefon danışığı baş tutub.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Mirzoyan sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarla bağlı Semerikə məlumat verib.
Eyni zamanda, tərəflər KTMT-nin vəziyyətlə bağlı mövcud mexanizmlərindən istifadə yollarını müzakirə edib.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:55 / 13.09.2022
Mirzoyan KTMT rəsmisi ilə sərhəddəki vəziyyəti müzakirə edib
Hazırda oxunan: Mirzoyan KTMT rəsmisi ilə sərhəddəki vəziyyəti müzakirə edib
Hazırda oxunan: Mirzoyan KTMT rəsmisi ilə sərhəddəki vəziyyəti müzakirə edib
93550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.