Ukraynada “Bayraktar”ın zavodu 2023-cü ildə işə düşə bilər - SƏFİR

Ukraynada “Bayraktar”ın zavodu 2023-cü ildə işə düşə bilər - SƏFİR

Hazırda oxunan: Ukraynada “Bayraktar”ın zavodu 2023-cü ildə işə düşə bilər - SƏFİR

87744

“Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodu 2023-cü ildə işə düşə bilər”. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar danışıb.

Bir müddət əvvəl Ukraynanın Türkiyədəki səfiri Türkiyənin “Baykar Makina” şirkətinin Ukraynada “Bayraktar” adlı pilotsuz təyyarələrin istehsalı üçün zavod tikəcəyini, guya şirkətin artıq qeydiyyatdan keçərək torpaq sahəsi aldığını açıqlamışdı. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə mövzu ilə bağlı bildirib ki, Ukraynada türk pilotsuz təyyarələri istehsal edən müəssisə yaranarsa, o, dərhal dağıdılacaq.
Ukraynalı diplomatın sözlərinə görə, şirkət artıq zavodun tikintisi üçün hazırlıq işlərinə başlayır.

"Avadanlıqların çatdırılması və tikinti üçün şirkətin seçilməsi ilə bağlı bəzi nüanslar var. Ümid edirəm ki, yaxın aylarda bu məsələdə müəyyən irəliləyişlərin şahidi olacağıq. Tikintinin özü bir neçə ay çəkə bilər, zavodun işə salınması isə 2023-cü ilin sonunda baş tuta bilər”, - deyə Bodnar ümumukrayna telemarafonunun efirində bildirib.

Ukraynaya silah tədarük etdiyi üçün Rusiya bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna üçün gətirilən silah Rusiyanın hədəfinə çevriləcək.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə qeyd edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukraynaya Qərbdən silahların gətirilməsi Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO