Ermənistanın baş prokuroru müharibədə ölən hərbçilərin yaxınlarını qəbul etmədi

Ermənistanın baş prokuroru müharibədə ölən hərbçilərin yaxınlarını qəbul etmədi

Hazırda oxunan: Ermənistanın baş prokuroru müharibədə ölən hərbçilərin yaxınlarını qəbul etmədi
82608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın baş prokuroru Artur Davtyan 44 günlük müharibədə ölən erməni hərbçilərin yaxınlarını qəbul etməkdən imtina edib və “hələ xəbər yoxdur” mesajını verib. 

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, o, imtinasını “işin ötürülməsi ilə bağlı müzakirələrin getməsi” ilə əsaslandırıb.

Xəbər verdiyimiz kimi, 44 günlük müharibədə ölən hərbçilərin yaxınları Ermənistan Prokurorluğu qarşısında etiraz aksiyası keçirirlər.

Onlar hazırda İstintaq Komitəsində baxılan 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan) maddə ilə açılan cinayət işinin Milli Təhlükəsizlik Xidmətinə verilməsini tələb edirlər.
Qohumlar bu tələbi iyunun 30-da keçirilən iclasda baş prokuror Artur Davtyana təqdim ediblər. Onlar həmçinin işin 299-cu maddəyə dəyişdirilməsini, Nikol Paşinyanın dindirilməsini və təqsirləndirilən şəxs qismində cəlb olunmasını tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO