Putin: “Rusiyada terror aktının qarşısı alınıb” – VİDEO

Putin: “Rusiyada terror aktının qarşısı alınıb” – VİDEO

Hazırda oxunan: Putin: “Rusiyada terror aktının qarşısı alınıb” – VİDEO

71333

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyada terror aktı planlaşdıran qruplaşmanın fəaliyyətinin qarşısını alıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında səsləndirib.

"Əlbəttə, indi onlar bunu inkar edəcəklər, lakin faktlar və sübutlar təkzibedilməzdir", - prezident deyib.

Rusiya liderinin sözlərinə görə, cinayətkarların planlarına məşhur bir telejurnalistin (adı açıqlanmır) qətli də daxil olub.

"Rusiya Federasiyasında informasiya fiaskosuna dözən Qərb rusiyalı jurnalistləri öldürmək fikrinə düşüb", - dövlət başçısı əlavə edib.

Vladimir Putinin fikrincə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kuratorları Kiyevə Rusiya mətbuatının nümayəndələrinin həyatına sui-qəsdlər təşkil etməyi məsləhət görüb.

kp.ru saytının yazdığı kimi, FTX-nın əməkdaşları Stavropol diyarında nəqliyyat infrastrukturuna terror hücumunun qarşısını alıblar. Bu barədə məlumatı aprelin 25-də qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO