Paşinyan Lukaşenkoya niyə cavab vermir? – “DEMƏYƏ SÖZÜ YOXDUR”

Paşinyan Lukaşenkoya niyə cavab vermir? – “DEMƏYƏ SÖZÜ YOXDUR”

Hazırda oxunan: Paşinyan Lukaşenkoya niyə cavab vermir? – “DEMƏYƏ SÖZÜ YOXDUR”

0:00
0:00
59464

Artıq bir neçə gündür ki, müxalifət nümayəndələri, politoloqlar və sadə vətəndaşlar Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatını müzakirə edir və hiddətlənirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Joxovurd” qəzetində yerləşdirilib.

“Xatırladaq ki, ötən gün Lukaşenko rusiyalı jurnalistə müsahibəsində yeni ölkələrin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulması perspektivlərindən danışarkən deyib ki, Ermənistanın getməyə yeri yoxdur: “Sizcə onlar kiməsə lazımdır? Nikol Vovayeviç artıq bunu görüb”.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu, Lukaşenkonun yox, Paşinyanın günahıdır” – Belarus liderinin dedikləri İrəvanı bir-birinə qatdı


Nikol Vovaeviç isə belaruslu tərəfdaşın bəyanatına heç bir reaksiya verməyib, bunu Xarici İşlər Nazirliyinə və ya “Vətəndaş müqaviləsi” fraksiyasına həvalə edib. 

Lukaşenkonun bəyanatını eşidən Ermənistan parlamentinin deputatları ölkənin bir nömrəli siyasi tribunasına hücum çəkərək ona (Lukaşenkoya) “adekvat cavab” verməyə tələsdilər, lakin bir gün sonra mövqelərini dəyişərək “mehribanlaşdılar”. Deputatlardan biri bizimlə söhbətində "Belə hadisələr baş verir, biz və Xarici İşlər Nazirliyi buna artıq reaksiya vermişik, ona görə də mövzu qapalı sayıla bilər" deyib.

Görünür, Paşinyanda “vəziyyət dəyişib”. Əgər indi o, Belarus liderinə adekvat cavab verməkdən yayınırsa, 2018-ci ildə Belarus prezidentinin Azərbaycanın Minskdəki səfirinə qapalı görüşdə baş verənləri söyləməsi onu təəccübləndirmiş və hiddətləndirmişdi.

Xatırladaq ki, bu hadisə ilə bağlı Paşinyan bildirmişdi ki, 30 il dövlət başçısı olan bir şəxsin belə addım atması təəccüblüdür.

İndi belə çıxır ki, ölkə rəhbərinin (Paşinyan nəzərdə tutulur) deməyə sözü yoxdur və Lukaşenkonun Ermənistanla bağlı son qalmaqallı bəyanatı ilə bağlı heç bir izahat almağı lüzum bilmir”, - deyə qəzet  yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO