Çavuşoğlu Ermənistanla qurula biləcək əlaqələrdən danışdı - VİDEO

Çavuşoğlu Ermənistanla qurula biləcək əlaqələrdən danışdı - VİDEO

Hazırda oxunan: Çavuşoğlu Ermənistanla qurula biləcək əlaqələrdən danışdı - VİDEO

50943

“Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafın tərəfdarıdır”.

Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, Türkiyə və Azərbaycan 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın ünvanına müsbət ismarıclarla çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Mövlud Çavuşoğlu: "İrəvana çarter reyslərinə başlanılacaq" - VİDEO


"Bakının Yerevanla hərtərəfli sülh sazişinin imzalanmasına dair çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu siqnallar həm də Türkiyə və Azərbaycanın məsələyə yanaşmalarını nümayiş etdirir", - deyə o bildirib.

M.Çavuşoğlu ümidvar olduğunu bildirib ki, Ermənistan tərəfi də regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərəcək.

"Bizim niyyətlərimiz tam aydındır. Azərbaycanın tək məqsədi var idi, Ermənistan tərəfindən işğal olunmuş tarixi torpaqlarını qaytarmaq. Yekunda məhz Bakı sülh razılaşmasına çağırır, bu isə o deməkdir ki, Azərbaycan kifayət qədər konstruktivdir", - deyə M.Çavuşoğlu deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO