Lukaşenkonun Merkellə söhbətinin TƏFƏRRÜATI – 2100 miqrantın taleyi necə olacaq? - VİDEO

Lukaşenkonun Merkellə söhbətinin TƏFƏRRÜATI – 2100 miqrantın taleyi necə olacaq? - VİDEO

Hazırda oxunan: Lukaşenkonun Merkellə söhbətinin TƏFƏRRÜATI – 2100 miqrantın taleyi necə olacaq? - VİDEO

46261

Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel dünən axşam saatlarında Belarus prezidenti Aleksandr Lukaşenko ilə Polşa sərhədindəki miqrant böhranını müzakirə edib.

Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert vurğulayıb ki, telefon danışığında sərhəddəki mühacirlərə humanitar yardımın zəruriliyi qeyd edilib. Merkel və Lukaşenko bu mövzuda fikir mübadiləsinə davam edəcəklərini bildirib.

Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün dövlət sərhədindəki vəziyyətlə bağlı müşavirədə Almaniya kansleri Angela Merkellə telefon danışığının təfərrüatlarını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko Avropa İttifaqına səsləndi: “Nə problem var, miqrantları təyyarə ilə Münhenə apara bilərik” - VİDEO


“Biz konsensusa gəldik ki, eskalasiya heç kimə lazım deyil - nə Avropa İttifaqına, nə də Belarusa. Bəli, biz heç vaxt eskalasiyaya getməmişik. Sadəcə dedim ki, o tərəfdə (Polşa nəzərdə tutulur) sərhəddə 20 minə yaxın silahlı insan var. Biz isə bir dənə də olsun rota yerləşdirməmişik”, deyə o, qeyd edib.

“Amma bilmirlər ki, miqrantları bura çağırmamışıq. Onlar Belarusa qanuni yolla gəliblər və biz də qəbul etmişik. İraqdan 3042, İrandan 696, Suriyadan 487, Əfqanıstandan 19, Misirdən 215, Liviyadan 242 nəfər Belarusa gəlməyə cəhd edib. Ən çox qeyri-qanuni qaçqın axını İran və İraqın payına düşür.
 

Bu gün isə 2100-dən çox miqrant Bruzgi sərhəd-keçid məntəqəsində cəmləşib”, deyə Belarus lideri vurğulayıb. 


Lukaşenko əlavə edib ki, mövzu ilə bağlı bu gün Rusiya prezidenti Vladimir Putinlə də danışacaq:

“Bizə qarşı heç bir iddia ola bilməz. Bu insanları qorumaq üçün hər şeyi edirik. Ən təhlükəlisi isə bu düşərgəyə silah yerləşdirmək cəhdidir. Bir atəşdən sonra qarşıdurma qaçılmazdır. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO