Arutyunyanın SİRRİ - O nəyi açıqlamaq istəyib?

Hazırda oxunan: Arutyunyanın SİRRİ - O nəyi açıqlamaq istəyib?

4106

Separatçıların keçmiş "müdafiə naziri" Cəlal Arutyunyanla ölümündən əvvəl Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında  qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, Arutyunyanla Tonoyanın mübahisəsi hərbi texnikanın nasazlığı üzündən düşüb.

Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub. Həmin qurğuların bir çoxu istfadəyə yararsız olduğundan tərəflər arasında mübahisə qızışıb.

“Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki havanın tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını verəcəyini deyib.

Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”,- deyə erməni KİV-ləri yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO