Ara Ayvazyan Ermənistan xarici işlər nazirliyində əməkdaşlarla vida görüşü keçirib
Bizim.Media xəbər verir ki, o, görüş zamanı istefasının səbəbini də açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın xarici işlər naziri istefa verdi
Ayvazyanın sözlərinə görə, o, Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına zidd təşəbbüsləri təsdiqləyə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün istefa verib.
"Bu qərarı vermək mənim üçün çox çətin idi, amma vəzifəyə gələndə əsas meyarım nazirliyin suverenliyimizi, müstəqilliyimizi, dövlətimizi və milli maraqlarımızı qəti şəkildə müdafiə etməsi olub. Ümid edirəm ki, sizi məyus etmədim. İstefam, Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına zidd fikir, təşəbbüslərlə razılaşa biləcəyinə dair şübhələrin əsla olmaması ilə əlaqədar idi".
Bizim.Media