“Çiçəklənən Ermənistan” Moskvadan solub döndü

“Çiçəklənən Ermənistan” Moskvadan solub döndü

Hazırda oxunan: “Çiçəklənən Ermənistan” Moskvadan solub döndü

2001

Ermənistanın “Joxovurd” qəzeti oktyabrın 29-dan bəri Moskvada olan “Çiçəklənən Ermənistan” partiyasının nümayəndə heyətinin dünən İrəvana qayıtması haqqında məlumat verir.

Məlumatda nümayəndə heyətində parlamentin vitse-spikeri Vahe Enfiajyan, Regional məsələlər və Avrasiya inteqrasiyası daimi komissiyasının sədri Mikael Melkumyan, parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyanın təmsil olunduğu bildirilir.

Rusiyada keçirilən görüşlərin nəticəsi isə erməni deputatlar üçün heç də ürəkaçan olmayıb.

“Əldə etdiyimiz məlumata görə, “Çiçəklənən Ermənistan” fraksiyasının nümayəndə heyəti
Moskvada həm hakim partiyanın, həm də müxalifət partiyalarının nümayəndələri ilə görüşüblər. Amma danışıqlar haqda məlumat verilməməsi qərara alınıb” deyə qəzet bildirib."

Qəzetin verdiyi məlumatda erməni nümayəndə heyətinin Vladimir Jirinovski və onun Liberal Demokrat Partiyasının nümayəndələri, Dövlət Dumasının deputatları və “Vahid Rusiya” partiyasının üzvləri ilə görüşdükləri də qeyd olunub. 

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyası 2007-ci ildə yaradılıb. Rusiyameylli siyasi xəttə malik olan partiyanın yaradılmasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük xidmətləri olub. 

Bəzi Ermənistan mənbələri partiyanın şəxsən Koçaryan tərəfindən yaradıldığını, Koçaryanın “partiyanın gizli lideri” olduğunu və partiyanın qərarlarında yaxından iştirak etdiyini qeyd edir.

Rusiyameylli olduğu üçün “Çiçəklənən Ermənistan” partiyası Paşinyan hakimiyyəti tərəfindən təqiblərə məruz qalmış, hətta partiyanın sədri Qagik Tsarukyanın deputat mandatı belə əlindən alınmışdı.

Son günlərdə Erməni mətbuatında Rusiyadan yardım almaq və bunun üçün eks prezidentlərin, xüsusilə də Robert Koçaryanın əlaqələrindən istifadə etməklə bağlı silsilə çağırışlar edilirdi.
 
Çağırışların fonunda baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə açıq məktubla da müraciət etmişdi.

Rusiya isə Ermənistanın bütün cəhdlərinə baxmayaraq öz susqunluğunu qoruyur. 
Moskvadan kömək ümidləri qırılan Ermənistan hakimiyyətinin Qərblə daha sıx əməkdaşlığa gedib-getməyəcəyi isə mübahisəli olaraq qalır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO