Zaxarova: “Fransanın Cənubi Qafqazda mövcudluğu kəşfiyyat xarakteri daşıyır”

Hazırda oxunan: Zaxarova: “Fransanın Cənubi Qafqazda mövcudluğu kəşfiyyat xarakteri daşıyır”

184449

“Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatları toplamaq, region dövlətlərini izləmək və ölkələrimiz arasında əldə edilmiş, o cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinə mane olmaq cəhdidir”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə qadir olduğunu düşünmək sadəlövhlükdür: 

“Əgər Fransanın belə imkanları olsaydı, bu dövlət onu Parisin müqaviləli öhdəlikləri olduğu ölkələrə münasibətdə tətbiq edərdi. Biz bu haqda dəfələrlə demişik. Onlar onilliklərlə həmin ölkələrdə olublar, həmin ölkələrə öz müstəmləkələri kimi baxıblar, hətta postmüstəmləkə dövründə də…”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO