İrəvan metrosunda rus dilində olan lövhələr çıxarıldı - Kremlə qarşı növbəti hörmətsizlik

İrəvan metrosunda rus dilində olan lövhələr çıxarıldı - Kremlə qarşı növbəti hörmətsizlik

Hazırda oxunan: İrəvan metrosunda rus dilində olan lövhələr çıxarıldı - Kremlə qarşı növbəti hörmətsizlik

17581

Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin 12 apreldə jurnalistlərə verdiyi müsahibədə Karen Demirçyan adına İrəvan metrosunda rus dilində olan lövhələrin götürülməsi olayına münasibət bildirməyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Diplomatın sözlərinə görə, bu məsələ ilə tam tanış olmaq üçün ona vaxt lazımdır.

Xatırladaq ki, İrəvan metrosunda rus dilində olan bütün lövhələr reklamla əvəzlənərək fəal şəkildə silinir.

Əvvəlki göstəricilər üç dildə tərtib olunmuşdu: erməni, rus və ingilis. İndi yalnız erməni və ingilis dillərində işarələr qoyublar. Oxşar mənzərə "Marşal Baqramyan", "Respublika Meydanı", "Zoravar Andranik" və "Şenqavit" stansiyalarındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO