İrəvanda rusiyalı general-leytenantın qızının meyiti aşkarlanıb.
Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə daxil olub.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda polis 15 qadını nəzarətə götürdü - Aralarında hərbçilərin yaxınları da var
Mənzilin eyvanında meyiti aşkar edilən 40 yaşlı qadının yanında tapança tapılıb.
Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.
Qeyd olunur ki, tapança onun atasına məxsusdur və hədiyyədir. Qadının ölümünün intihar və ya bədbəxt hadisə nəticəsində baş verməsi ekspertizadan sonra müəyyənləşdiriləcək.
Bizim.Media