İranın Zahidan şəhərinin Beheşti küşəsində “Kalaşnikov” avtomatı ilə silahlanan 3 nəfər qarət məqsədi ilə mobil telefon mağazasına daxil olaraq insanlara atəş açıblar.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, hadisə mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Bildirilib ki, silahlı qarətçilərin saxlanılması istiqamətində axtarış-əməliyyat təbdirləri həyata keçirilir.
Bizim.Media