Rus deputat: “Paşinyan yalan danışır”

Rus deputat: “Paşinyan yalan danışır”

Hazırda oxunan: Rus deputat: “Paşinyan yalan danışır”

12901

Ermənistan baş naziri Nikol Paşinyanın dünənki müsahibəsində “İsgəndər” raketləri haqında səsləndirdiyi fikrilər ciddi rezonansa səbəb olub.

Bizim.Media “news.am” saytına istinadla xəbər verir ki, bu dəfə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin "Qovorit Moskva" radiostansiyasına verdiyi müsahibədə erməni siyasətçinin fikirlərini tənqid edib. 

 

MÖVZU İLƏ BAĞLI:

Kadırov erməni əsirlərlə bağlı İrəvana kömək edəcək? – Deputat açıqladı


Komitə sədrinin sözlərinə görə, Paşinyan bu yola əla atmaqla özünün günahsız olduğunu və Qarabağdakı müharibənin nəticələrində rolu olmadığını vurğulamağa çalışır.

“Bu insan günahsız olmağa çalışanda, günahı erməni xalqının və ordusunun üzərinə atırdı. İndi də günahı İskəndərlərin üzərinə atır və əlbəttə ki, bu doğru deyil. İskəndərlərimiz çox yüksək dəqiqlikli bir silahdır, artıq müxtəlif təlimlərdə də özünü büruzə verib.

Paşinyanın fikirləri sadəcə olaraq mütləq yalandır və heç şübhəyə də yer qoymur. Qərbin bu qısa mənzilli raketlərin tez-tez danışması da səbəbsiz deyil.

Suriyada onlardan çox dəqiq şəkildə və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın bu fikri ilə razı deyiləm”, deyə Zavarin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO