Evində külli miqdarda narkotik saxlayan şəxs SAXLANILDI - FOTO 

Evində külli miqdarda narkotik saxlayan şəxs SAXLANILDI - FOTO 

Hazırda oxunan: Evində külli miqdarda narkotik saxlayan şəxs SAXLANILDI - FOTO 

99480

Masallı sakininin üzərində və yaşadığı evdə külli miqdarda heroin aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakini Zahid Alışov saxlanılıb.
Narkotik vasitələrin satışından şübhəli bilinən həmin şəxsin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Həmçinin bildirilib ki, Masallı RPŞ-nin əməkdaşları tərəfindən Z.Alışovun yaşadığı evə keçirilən baxış zamanı oradan 147 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO