Britaniyada XİN rəhbəri maliyyə naziri oldu

Britaniyada XİN rəhbəri maliyyə naziri oldu

Hazırda oxunan: Britaniyada XİN rəhbəri maliyyə naziri oldu

99370

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant maliyyə naziri təyin edilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya hökuməti onun təyinatını “Twitter” hesabında təsdiqləyib.

Bildirilib ki, Ceremi Hant 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Əvvəlki nazir vəzifəsində 38 gün keçirib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.

Qeyd edək ki, Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO