Oğuzdakı meşə yanğını ilə bağlı SON MƏLUMAT

Oğuzdakı meşə yanğını ilə bağlı SON MƏLUMAT

Hazırda oxunan: Oğuzdakı meşə yanğını ilə bağlı SON MƏLUMAT

90259

Oğuz rayonunda başlayan meşə yanğını söndürülüb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Ramin Lətifov məlumat verib.

Onun sözlərinə görə, Oğuz şəhərinin üst hissəsindəki meşə zolağında alov görünən kimi  FHN-nin Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən avtomobili, Şahdağ Milli Parkının və Qəbələ  Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub.
Yanğın operativ şəkildə söndürüldüyündən cəmi 15 sot meşə sahəsi yanıb.

Hazırda ərazidə soyutma işləri aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO