Rusiya ordusu Zaporojye vilayətinin bəzi kəndlərini tərk edir

Rusiya ordusu Zaporojye vilayətinin bəzi kəndlərini tərk edir

Hazırda oxunan: Rusiya ordusu Zaporojye vilayətinin bəzi kəndlərini tərk edir
86345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ruslar Zaporojye vilayətinin Yuxarı Tokmak və Çerniqovka kəndlərinin ərazisindən şəxsi heyəti çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) yayıb.

“İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin Yuxarı Tokmak və Çerniqovka kəndləri yaxınlığında Rusiya qüvvələrinin yerləşdiyi yerə endirdiyi zərbələrdən sonra ruslar şəxsi heyəti və texnikasını başqa mövqelərə çıxarıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya çatdırılıb. Bölmələr demək olar ki, Çerniqovkadan çıxarılıb”, - məlumatda deyilir.

BKİ qeyd edir ki, qəsəbənin yaxınlığında bir neçə keçid məntəqəsi və 100-ə yaxın əsgər qalıb. Rusların qalan hissəsi texnika ilə birlikdə Tokmak və Berdyansk şəhərlərinə göndərilib.
“Yaşayış məntəqələrini tərk edərkən ruslar planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, onlar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarında mina basdırırlar”, - deyə qurum vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO