Manat sabit qalacaqmı? - PROQNOZ

Manat sabit qalacaqmı? - PROQNOZ

Hazırda oxunan: Manat sabit qalacaqmı? - PROQNOZ
85290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1,7 manat səviyyəsində sabit qalacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Ancaq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər.

Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”, - “S&P” bildirib.

Agentlik "Brent" markalı neftin bu il orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları və 2024-2025-ci illərdə isə orta hesabla 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyir.
Bununla bağlı olaraq, agentlik 2026-cı ilə qədər manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalacağını proqnozlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO