
- A-
- A
- A+
Bakı Limanında amerikalı investorlarla MÜZAKİRƏ - FOTO
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin ("Caspian Policy Center") üzvləri Bakı Limanına səfər edib.
Bizim.Media "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir ki, səfər çərçivəsində Bakı Limanının 2-ci inkişaf mərhələsinə Amerikalı investorların və bizneslərinin iştirakı müzakirə edilib.
Nümayəndə heyətinin tərkibinə təşkilatın baş icraçı direktoru Əfqan Nİfti, “İrs” fondunun vitse-prezidenti Ceyms Karafano və elmi işçisi Entoni Kim daxil olub.
Görüş zamanı qonaqlara yükdaşımaların həcminin artırılması və Şərq-Qərb ticarətini birləşdirən regional qovşaq kimi Bakı Limanının oynadığı mühüm rol barədə məlumat verilib.
İştirakçılarla logistika və qlobal ticarətdə “Orta Dəhliz”in strateji əhəmiyyəti barədə məlumatlılığın artırılması üçün birgə tədqiqat layihələrinin həyata keçirilməsi üçün razılıq əldə edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































