Moskvada faciə: Azərbaycanlılar gölməçədə boğuldu

Moskvada faciə: Azərbaycanlılar gölməçədə boğuldu

Hazırda oxunan: Moskvada faciə: Azərbaycanlılar gölməçədə boğuldu
82419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki azərbaycanlının Moskvada tətili faciəyə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Moskovskiy Komsomolets” qəzeti yayıb.

Mənbə yazır ki, 20 yaşlı Eldar və onun 28 yaşlı əmisi Rəcəb iyulun 4-də Biryulevski gölməçəsində üzmək qərarına gəliblər. 

Eldar (Soyadı açıqlanmır) çimmək üçün suya atılıb və həmin an boğulmağa başlayıb. Əmisi ona kömək etməyə tələsib, üzə bilmədiyi üçün qardaşı oğlu ilə birgə batıb.

Bir neçə saat sonra sahildə qalan sahibsiz sənədlər və telefonlar ərazidən keçənlərin diqqətini cəlb edib və nəticədə həyəcan təbili çalınıb. Şahidlərin sözlərinə görə, axşam saatlarında xilasedicilərdən başqa, ən azı 300 nəfər gölməçənin sahilinə toplaşıb. 

Hər iki şəxs Azərbaycanda dəfn olunacaq.

Bizim.Media

Moskvada faciə: Azərbaycanlılar gölməçədə boğuldu - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO