Salyanlı gənci ot tayasının üstündə tok vurub öldürdü

Salyanlı gənci ot tayasının üstündə tok vurub öldürdü

Hazırda oxunan: Salyanlı gənci ot tayasının üstündə tok vurub öldürdü

80156
Salyan rayonunda 26 yaşlı gəncin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Rayonun Noxudlu kənd sakini Asif Səməd oğlu Babayevi elektrik cərəyanı vurub.

Məlumata görə, Asif Babayev dünən axşam biçənəkdən topladığı ot preslərini yük avtomobilinin banına yığaraq üzərində əyləşibmiş. Maşın yüksək gərginli elektrik xəttin altından keçərkən naqillərdən biri avtomobilin banında oturmuş A.Babayevə toxunub. O, cərəyanın təsirindən dərhal ölüb.

Faktla bağlı cinayət işi açılıb. Salyan Rayon Polis Şöbəsi və rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO