Ceyhun Bayramov səudiyyəli həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə telefonla danışdı

Hazırda oxunan: Ceyhun Bayramov səudiyyəli həmkarı ilə telefonla danışdı
67392
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə Bizim.Media-ya bildirilib ki, nazirlər müqəddəs Ramazan ayının gəlişi münasibətilə qarşılıqlı təbriklərini çatdırıb və bu ayın bütün müsəlman aləmi üçün xeyirli olmasına dair arzularını ifadə ediblər.

Tərəflər, iki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və bu xüsusda məmnunluq bildiriblər.

İki ölkə arasında hazırda icra olunan birgə layihələrə dair razılıq ifadə olunub, həmçinin Hökumətlərarası Birgə Komissiyanın ötən ilin dekabr ayında keçirilmiş iclasının nəticələrinin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi və sərmayə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensialın olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətinin Azərbaycanda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihəsinə məmnunluqla istinad edib və həmkarına Azərbaycanın alternativ enerji baxımından böyük potensialı ilə bağlı məlumat verib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov keçmiş münaqişə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən dəstəyi minnətdarlıqla vurğulayıb. Nazir Ceyhun Bayramov Səudiyyəli həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud dəvətə görə təşəkkürünü bildirib və dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.
Telefon danışığı zamanı nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO