Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı – SON 2 AYDA

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı – SON 2 AYDA

Hazırda oxunan: Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı – SON 2 AYDA

65146

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 626,1 milyon manat, xərcləri 2 milyard 685,1 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 941 milyon manatlıq və ya ümumi daxili məhsulun 10,1 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2022-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 2 milyard 750,5 milyon manat, xərcləri isə 983,4 milyon manat təşkil edib. 

Daxilolmaların 26,6 faizi əlavə dəyər vergisi, 18 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,3 faizi aksizlər, 2,9 faizi vergilərin digər növləri, 41,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub. 

Büdcə vəsaitlərinin 26,7 faizi sosial müdafiə və sosial təminatın, 20,1 faizi təhsil və səhiyyənin, 18,3 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,3 faizi ümumi dövlət xidmətlərinin, 11,4 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 11,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO