
- A-
- A
- A+
Bu şəxsi görənlər dərhal polisə zəng etsin - FOTO
Sumqayıtda itkin düşən 84 yaşlı şəxs axtarılır.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, şəhərin Xəzər bağları massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Onun yaddaş pozğunluğundan əziyyət çəkdiyi ehtimal edilir.
Əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli pulover, başında qara papaq, ayağında qara ayaqqabı olub.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































