İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO

Hazırda oxunan: İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO
621990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İraq regional gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası məqsədilə İran və Fars körfəzi ölkələrinin iştirakı ilə genişmiqyaslı məsləhətləşmələrin təşkil olunması təşəbbüsünü irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu təkliflə İraqın Xarici İşlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Araqçi ilə keçirdiyi görüş zamanı çıxış edib.
 

Nazirlərin birgə mətbuat konfransında verdiyi bəyanata görə, rəsmi Bağdad İraq, İran və Fars körfəzi dövlətlərinin daxil olacağı üçtərəfli (və çoxtərəfli) məsləhətləşmə formatının yaradılmasını hədəfləyir.


Fuad Hüseyn qeyd edib ki, bu format çərçivəsində keçiriləcək ilk rəsmi görüş birbaşa regionun kollektiv təhlükəsizlik məsələlərinə, naviqasiya sərbəstliyinin qorunmasına və genişmiqyaslı iqtisadi əməkdaşlıq layihələrinin inkişafına həsr oluna bilər.

Siyasi şərhçilər İraqın bu diplomatik gedişini son günlər Küveyt və Bəhreyndəki hərbi obyektlərin vurulması ilə pik həddə çatan ABŞ-İran gərginliyindən sonra regionu sabitləşdirmək və Bağdadın ənənəvi "neytral vasitəçi" rolunu gücləndirmək cəhdi kimi qiymətləndirirlər.

İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO - foto 1
İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO - foto 2
İraq region ölkələrinin iştirakı ilə təhlükəsizlik görüşü keçirməyi təklif etdi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO