
- A-
- A
- A+
Zelenskinin həyat yoldaşının Polşada mühazirəsi ləğv edildi – GƏRGİNLİK BÖYÜYÜR
Ukraynanın birinci xanımı Olena Zelenskayanın Polşanın Qdańsk Universitetində nəzərdə tutulan mühazirəsi Ukrayna Üsyançı Ordusu (UPA) ilə bağlı yaşanan qalmaqaldan sonra təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Polşanın "Wirtualna Polska" nəşri yayıb.
O. Zelenskaya ilkin olaraq həyat yoldaşı ilə birlikdə Ukraynanın Bərpası üzrə Konfransla əlaqədar çıxış etməli idi. Bununla yanaşı, onun Qdańsk Universitetinin platformasında təşkil olunan "Gələcəyin bacarığı kimi şəxsiyyət: təhsil, məsuliyyət və liderlik" mövzusundakı debatda iştirakı planlaşdırılırdı.
Universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevska nəşrə açıqlamasında birinci xanımın proqramının ləğv olunduğunu təsdiqləyib:
"Zelenskayanın mühazirə oxuması nəzərdə tutulmuşdu. Lakin onun iştirakı ləğv edilib", - deyə universitet rəsmisi qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































