Tramp: "İran nüvə obyektlərində təftişlərin aparılmasına razılıq verdi"

Tramp: "İran nüvə obyektlərində təftişlərin aparılmasına razılıq verdi"

Hazırda oxunan: Tramp: "İran nüvə obyektlərində təftişlərin aparılmasına razılıq verdi"
621056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp İranın öz nüvə obyektlərində yoxlamaların aparılmasına qeyd-şərtsiz razı olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, amerikalı lider bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkə hesabında yazıb.
 

"İran illər sonra ən yüksək səviyyəli nüvə təftişlərinin aparılmasına tamamilə razılıq verdi. Onlar "nüvə dürüstlüyünü" təmin edəcəklər. Əgər razı olmasaydılar, heç bir növbəti danışıqlardan söhbət gedə bilməzdi", – deyə Tramp qeyd edib.


Xatırladaq ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmisi Esmail Baqai Tehranın İsveçrənin Bürgenştok şəhərində AEBA (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə öz nüvə obyektlərində yeni təftişlərin keçirilməsini müzakirə etmədiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO