Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

Hazırda oxunan: Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi
619489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyanın Yokkaiti şəhərinin hakimiyyət orqanları otbiçən işçiləri doqquz keçi ilə əvəzləyərək qurumun büdcəsinə təxminən 2 min dollar qənaət ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Mainichi Japan" nəşri məlumat yayıb.

Xərclər 800 min iyendən (təxminən 5 min dollar) 500 min iyenə (təxminən 3,1 min dollar) qədər azalıb. Üstəlik, bu hələ minimum göstəricidir, çünki biçilmiş otun daşınması üçün ödəniş etmək ehtiyacı da ortadan qalxıb.
 

Heyvanlar iyunun 8-də təxminən 4,7 kvadratkilometr sahəsi olan ərazidə sərbəst otlamaq üçün buraxılıblar. Ehtimal olunur ki, onlar buradakı otları yeyərək göllərin ot basmasının qarşısını alacaqlar. Çünki sıx bitki örtüyü səbəbindən həmin göllər suyu saxlamaq və axıtmaq qabiliyyətini itirə bilər.


Ərazini keçilərlə təmin edən "Meymey" fermasının nümayəndəsi Syuci Uehira bildirib ki, bir keçi gündə iki ədəd 90 litrlik səbət həcmində ot yeyir. Onun sözlərinə görə, keçilər bu cür yaşıllıq ilə qidalandıqda onların peyini xoşagəlməz qoxu vermir.

Yokkaiti meriyasından bəyan ediblər ki, əgər bu eksperiment uğurlu sayılarsa, keçilər şəhərin digər rayonlarında da otbiçən maşınlarla işləyən mövsümi muzdlu işçiləri əvəz edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO