“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Hazırda oxunan: “WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI
619010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meta şirkəti “WhatsApp” tətbiqinin bəzi köhnə smartfon modellərində artıq işləməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, şirkətin qərarına əsasən, tətbiq müəyyən tarixlərdən etibarən köhnə əməliyyat sistemlərinə dəstəyi dayandıracaq.

Məlumata görə, 30 noyabr 2026-cı ildən etibarən “WhatsApp” “Apple” cihazlarında yalnız iOS 15.5 və daha yeni versiyalarda işləyəcək. Bu dəyişiklik bəzi köhnə “iPhone” modellərinə təsir göstərə bilər.

Bununla belə, uyğun cihaz sahibləri əməliyyat sistemlərini yenilədikləri halda tətbiqdən istifadəni davam etdirə biləcəklər.

Android cihazları üçün isə yeni tələblər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan köhnə versiyalar “WhatsApp” tərəfindən dəstəklənməyəcək.

Meta bildirib ki, bu addım tətbiqin təhlükəsizliyini artırmaq, yeni funksiyaların daha stabil işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır.

Şirkət köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını ehtiyat nüsxəyə köçürməyi və mümkün olduqda əməliyyat sistemlərini yeniləməyi tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO