Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Hazırda oxunan: Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
618553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial media hesabında ABŞ Prezidenti Donald Trampın İranın infrastruktur obyektlərinin hədəfə alınması ilə bağlı təhdidlərinə cavab olaraq yazıb.

O bildirib ki, nəqliyyat şəbəkəsindən tutmuş elektrik və su sənayesinədək həyati əhəmiyyət daşıyan infrastruktur obyektlərin hədəfə alınması ilə bağlı təhdidlər güc göstəricisi deyil.

“Bu, bir xalqın iradəsi qarşısında acizliyin əlamətidir. İran öz mütəxəssislərinin bilik və bacarığına, milli birliyə və xalqın həmrəyliyinə arxalanaraq hər cür təzyiq və ya təhdid qarşısında qətiyyətlə dayanacaq”, - Pezeşkian vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO