Baş Qərargah rəisi: “İsrail İrana ağır zərbə planlaşdırıb”

Baş Qərargah rəisi: “İsrail İrana ağır zərbə planlaşdırıb”

Hazırda oxunan: Baş Qərargah rəisi: “İsrail İrana ağır zərbə planlaşdırıb”
618283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail ordusu yenidən İrana hücum etməyə hazırdır.

Bizim.Media “The Times of Israel”ə istinadla xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

O bildirib ki, İranın yeni tənliklər diktə etmək, reallığı dəyişmək cəhdləri uğurlu alınmayacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.

“İsrail ordusu İranla döyüşə qayıtmaq üçün çevik hazırlığa malik olub və indi də malikdir. Biz İrana daha bir ağır və dərin zərbə vurmağa hazırıq”, - Eyal Zamir vurğulayıb.
 

Onun sözlərinə görə, İrana endirilən zərbələr daha əhəmiyyətli və şiddətli hücumlar üçün hazırlıq idi.


Qeyd edək ki, bundan əvvəl İsrailin İrana daha geniş hücum planlaşdırdığı, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra bu planın ləğv olunduğu ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO