Moldovaya da dron düşdü

Moldovaya da dron düşdü

Hazırda oxunan: Moldovaya da dron düşdü
617921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldova Respublikası Xarici İşlər Nazirliyi Lopatna kəndi yaxınlığında baş verən hadisəni pisləyib. Belə ki, naməlum pilotsuz uçuş aparatı bu ölkənin ərazisinə düşərək partlayıb.

Bizim.Media xəbər verir ki, nazirliyin bəyanatına görə, bu cür obyektlərin Moldova hava məkanında icazəsiz uçuşu və ya ölkə ərazisinə düşməsi “milli təhlükəsizliyə təhdid, dövlətin suverenliyinin və ərazi bütövlüyünün pozulması” deməkdir.
 

Nazirlik, həmçinin bildirib ki, bu insident Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin yaratdığı riskləri, eləcə də onun regional təhlükəsizliyə və qonşu ölkələrə təsirini bir daha üzə çıxarır”.


Moldova XİN qeyd edib: “Moldova Respublikası ölkənin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün sülhə, təhlükəsizliyə və vətəndaşlarının müdafiəsinə sərmayə qoyaraq, müdafiə qabiliyyətini və dayanıqlığını gücləndirməyə davam edəcək”.

Dünən gecə Orqeyevsk rayonunun Lopatna kəndi yaxınlığında naməlum pilotsuz uçuş aparatı partlayıb. İlkin məlumatlara görə, itki olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO