“Green card” qaydaları dəyişdirildi

“Green card” qaydaları dəyişdirildi

Hazırda oxunan: “Green card” qaydaları dəyişdirildi
614923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın İmmiqrasiya Xidməti əcnəbilər üçün viza və “qrin kart” (Green card-ing) verilişi qaydalarını dəyişib. Artıq ABŞ ərazisində ola-ola “qrin kart” üçün müraciət etmək mümkün olmayacaq, belə ki, bunun üçün ərizəçi öz vətəndaşı olduğu ölkəyə qayıdaraq oradan ABŞ-ın diplomatik missiyasına müraciət etməli olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Bildirilib ki, əcnəbilər öz ölkələrindən müraciət etdikdə, yaşayış icazəsi üçün ərizələrinə rədd cavabı gəldikdən sonra ABŞ-da qanunsuz qalmağa çalışan şəxslərin axtarılması və deportasiya edilməsinə ehtiyac azalır.

Qurumdan bildirilib ki, qeyri-immiqrasiya vizalarının sahibləri — məsələn, tələbələr, müvəqqəti işçilər və ya turistlər - ABŞ-a qısa müddət və müəyyən məqsədlə gəlirlər.

Onlar səfərləri başa çatdıqdan sonra ölkəni tərk etməlidirlər. Lakin bir çox hallarda onlar ABŞ-a gəldikdən sonra immiqrasiya prosesinə başlayırlar. Yeni qaydanın tətbiqi bunun qarşısını almağa yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO