"Qarabağ"dan üzr istədilər

Hazırda oxunan: "QarabaÄŸ"dan üzr istÉ™dilÉ™r

60954
Azərbaycanın "Qarabağ" futbol klubunu Ermənistan komandası kimi təqdim edən Fransanın "L'Equipe” qəzetinin baş redaktoru üzr istədi.

Xarici Işlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin ANS PRESS-ə verdiyi məlumatına görə,məsələ öz həllini tapıb. 6 noyabr 2014-cü il tarixində Fransada fəaliyyət göstərən "L'Equipe” qəzetində Azərbaycan Respublikasının “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verillib.

Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb.

Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO