Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər

Hazırda oxunan: Bu məlumatı verənə 1 milyon mükafat təyin etdilər
592897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Almaniya hökuməti Berlinin enerji obyektində yanvarın əvvəlində baş vermiş diversiya aktlarının araşdırılmasına kömək edəcək məlumatlara görə 1 milyon avro mükafat təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə yanvarın 26-da Tagesspiegel qəzeti Berlinin daxili işlər üzrə senatoru İrisa Şprangerin sözlərinə istinadla məlumat yayıb.

“Paytaxtın cənub-qərbində üç həftə əvvəl elektrik şəbəkəsinə edilən hücumun açılmasına gətirib çıxaracaq məlumatlara görə iri məbləğdə mükafat təklif olunur”, – deyə senator bildirib.

O vurğulayıb ki, söhbət “misli görünməmiş bir haldan” gedir.

Qeyd edək ki, Almaniyada yanvarın 3-də asma kabel körpüsünün yandırılması nəticəsində 45 min ev təsərrüfatı və 2,2 min müəssisə elektrik enerjisiz qalıb. Almaniya hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.

Məsuliyyəti “Vulkangruppe” adlı qruplaşma öz üzərinə götürüb.

Qruplaşma bildirdiyinə görə, onlar neft və qazdan istifadəyə qarşı çıxaraq, kapitalizmi və təmiz enerjiyə keçid üçün yetərli tədbirlərin görülməməsini tənqid edirlər.

Berlin üzrə baş verən bu elektrik kəsintisi İkinci Dünya müharibəsindən bəri ən uzunmüddətli “bləkaut” kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO