Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

Hazırda oxunan: Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
587299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən illərin əfsanəvi futbolçusu Zinəddin Zidan oğlu Luka Zidanı izləmək üçün Mərakeş tribunalarında görüntülənib.

Bizim.Media xəbər verir ki, o, Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Əlcəzair - Sudan (3:0) matçını tribunadan izləyib. 

Sabiq futbolçunun oğlu Luka Zidan isə Əlcəzair millisinin qapısını qoruyub və matç boyunca qapısını toxunulmaz saxlayıb.
 

Xatırladaq ki, 27 yaşlı futbolçu daha əvvəl Fransanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, 2025-ci ilin payızında - oktyabrın 14-də millidə debüt edib.


Qeyd edək ki, cari mövsümdə Luka Zidan çıxış etdiyi "Qranada"nın heyətində 14 oyuna çıxıb və bunlardan 3-də qapısını toxunulmaz saxlayıb. O, həmin müddətdə ümumilikdə 18 qol buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO