Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Hazırda oxunan: Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI
587054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) universitetdə təhsil alan Suriyanın sabiq prezidenti, hazırda Moskvada yaşayan Bəşər Əsədin qızı Zeyn kurs yoldaşlarının birindən “sənin burada olmağın arzuolunmazdır” məzmunlu mesaj alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Mesajı göndərən tələbə qısa müddət sonra diqqət mərkəzindən yoxa çıxıb. BƏƏ-nin təhlükəsizlik orqanları tərəfindən dindirildikdən sonra o, universitetdən uzaqlaşdırılıb.

Qəzetin araşdırmasına görə, 2024-cü ilin dekabrında rejimin süqutundan sonra Bəşər Əsədin ailəsi ilə birlikdə Rusiyaya gedən Suriya rəhbərliyinin onlarla keçmiş yüksəkvəzifəli nümayəndəsinin harada olduğu müəyyən edilib.

Əvvəlcə Əsəd və yaxınları Four Seasons otelinin apartamentlərində məskunlaşıb, daha sonra “Moskva-Siti”dəki “Federasiya” qülləsində iki mərtəbəli penthausa, ardınca isə Rublyovkada yerləşən malikanəyə köçüblər.

Qeyd olunur ki, onilliklər ərzində Suriya prezidenti Bəşər Əsəd və onun ən yaxın müttəfiqləri yüz minlərlə insanın kütləvi işgəncələrə məruz qalması və yoxa çıxması ilə əlaqələndirilib.

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO