DÇ-2026 oyunlarının başlama saatları açıqlandı

DÇ-2026 oyunlarının başlama saatları açıqlandı

Hazırda oxunan: DÇ-2026 oyunlarının başlama saatları açıqlandı
584259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

FIFA qarşıdan gələn dünya çempionatının cədvəlini dərc edib.

Bizim.Media FIFA-nın saytına istinadən xəbər verir ki, Meksika ilə Cənubi Afrika Respublikası milliləri arasında açılış oyunu iyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

Növbəti oyun Cənubi Koreya yığması ilə UEFA pley-off qaliblərindən biri arasında saat 08:00-da olacaq. İyunun 12-də Kanada yığması UEFA pley-off qalibi ilə Bakı vaxtı ilə saat 23:00-da, ABŞ ilə Paraqvay milləri arasında oyun isə saat 05:00-da başlayacaq.


Növbəti oyun günlərində iyunun 23-ə qədər hər gün dörd oyun keçiriləcək. Başlama vaxtları Bakı vaxtı ilə saat 20:00-dan (ən erkən) saat 08:00-a (ən son) qədər dəyişəcək. Qrupun yekun turunda gündə altı oyun keçiriləcək, başlama vaxtı saat 23:00-00:00-dan 06:00-07:00-dəkdir.

1/16 final oyunları Bakı vaxtı ilə saat 20:00-dan 07:00-dək, 1/8 final matçlarının oyunları isə saat 20:00-dan 04:00-dək başlayacaq.

Dörddəbir final oyunları müxtəlif vaxtlarda başlayacaq: 9 iyul saat 00:00; 10 iyul saat 23:00; 13 iyul 01:00 və 05:00.
 

Yarımfinal oyunları iyulun 14-15-də, hər ikisi Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Üçüncü yer uğrunda oyun 20 iyul tarixində saat 01:00-da, final isə saat 23:00-da başlayacaq.


Qeyd edək ki, turnir gələn yay 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO