“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

Hazırda oxunan: “Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?
583709
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın idman direktoru Deko komandada icarə əsasında çıxış edən Markus Raşfordun klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.

Bildirilir ki, klub rəsmisi “Mançester Yunayted”ə məxsus hücumçu ilə bağlı hələlik yekun qərarın verilmədiyini qeyd edib.

O, hazırda strateji qərarlar vermək zamanı olmadığını, lakin futbolçunun performansından razı qaldıqlarını vurğulayıb:
 

“Markus Raşfordla bağlı hələ heç nə həll olunmayıb. İndi gələcək barədə qərar vermək vaxtı deyil. Biz ondan razıyıq, Raşford komandaya çox fayda verir”.


Qeyd edək ki, cari mövsümdə La Liqada 14 oyuna çıxan ingiltərəli futbolçu 2 qol və 7 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə 5 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO