Okan Buruk: “Canımızı qurtardığımız üçün şükür edirik”

Okan Buruk: “Canımızı qurtardığımız üçün şükür edirik”

Hazırda oxunan: Okan Buruk: “Canımızı qurtardığımız üçün şükür edirik”
583482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qalatasaray" Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində səfərdə "Fənərbaxça" ilə 1:1 hesablı heç-heçə edib.

Bizim.Media xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk İstanbul derbisindən sonra açıqlama verib.

52 yaşlı mütəxəssis rəqibin sərt oyununa diqqət çəlib:

"Derbidə yaşananlardan sonra bir-birimizə nə qədər dəstək olmağımızın vacibliyini hamıya göstərəcəyik. Kazımcan Karataşın gözü kor olacaqdı. İki oyunçumuzun ayağı sına bilərdi. Canımızı qurtardığımız üçün şükür edirik. Heç kim unutmasın ki, biz "Qalatasaray"ıq".


Qeyd edək ki, "Qalatasaray" 33 xalla çempionatın lideridir. Onlardan 1 xal geri qalan "Fənərbaxça" isə 2-ci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO