“Napoli” – “Qarabağ” oyunu təxirə salınır? – “Evdən çıxmayın!” deyildi

“Napoli” – “Qarabağ” oyunu təxirə salınır? – “Evdən çıxmayın!” deyildi

Hazırda oxunan: “Napoli” – “Qarabağ” oyunu təxirə salınır? – “Evdən çıxmayın!” deyildi
582269
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində İtaliyada keçiriləcək “Napoli” – “Qarabağ” oyunu təxirə salına bilər.

Bizim.Media xəbər verir ki, bununla bağlı İtaliya mətbuatı məlumat yayıb.

Buna səbəb Neapol şəhərində havanın əlverişsizliyidir. Yerli bələdiyyə hətta mərkəzi əraziləri “narıncı zona” elan edib. “Napoli” azarkeşləri isə parkların və digər ictimai məkanların bağlanmasına görə “Qarabağ“la oyunun təxirə salınma ehtimalından narahatdırlar.

Neapol şəhər bələdiyyəsi rəsmi açıqlamasında matçın təxirə salınmasının planlaşdırılmadığını bildirib:

“Sakinlərdən zərurət olmadığı təqdirdə mənzillərini tərk etməmələri xahiş olunur. Gün ərzində şimşək, yağış və şiddətli külək olacaq. “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununun təxirə salınması nəzərdə tutulmur. Hava durumu pisləşərsə, əlavə məlumat veriləcək.”

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO