Gürcüstan parlamentinin sədri Orta Dəhlizin əhəmiyyətindən DANIŞDI

Gürcüstan parlamentinin sədri Orta Dəhlizin əhəmiyyətindən DANIŞDI

Hazırda oxunan: Gürcüstan parlamentinin sədri Orta Dəhlizin əhəmiyyətindən DANIŞDI
581993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Orta Dəhliz layihəsi həm Gürcüstan, həm də bütün region üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhlizin açılması infrastruktur və iqtisadiyyat baxımından ciddi üstünlüklər yaradacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
 

Onun sözlərinə görə, dəhliz ətrafında infrastruktur layihələrinin inkişafı ilə yanaşı, ümumilikdə regiona investisiyaların artması gözlənilir.


"Bu, həm dəhliz ətrafında infrastruktur investisiyalarını, həm də ümumilikdə regiona investisiyaları artıracaq. Biz bu təşəbbüsü yalnız alqışlayırıq", - deyə Papuaşvili vurğulayıb.

Parlament spikeri bəzi tənqidçilərin Orta Dəhlizin Gürcüstanın maraqlarına zidd olması barədə fikirlərini əsassız adlandırıb:

"Bu tənqidin müəlliflərinin kim olduğuna baxmaq maraqlıdır. Məqsəd regionun inkişafını ləngitmək, ölkəni təzyiq altında saxlamaqdır. Halbuki bu layihə bütün region üçün yeni perspektivlər açır.
 

Bu, təkcə nəqliyyat dəhlizi funksiyası deyil, bəzi ölkələrə əlavə yük deyil, bu, əksinə infrastrukturun inkişafı və daşıyıcılar üçün daha cəlbedici şəraitin yaradılması deməkdir”.


Papuaşvili əlavə edib ki, rəqabətin artması dəhlizin cəlbediciliyini daha da yüksəldəcək və bu, regionda sabitlik siqnalı kimi çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO