Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ

Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ

Hazırda oxunan: Durov barəsində Fransada tətbiq edilən məhkəmə məhdudiyyətləri LƏĞV EDİLDİ
580444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa məhkəməsi “Telegram” messencerinin yaradıcısı Pavel Durov barəsində tətbiq olunan məhkəmə nəzarəti tədbirlərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “France Press” agentliyi məhkəmədən olan mənbəyə istinadən məlumat yayıb.
 

Məlumata görə, Durov Fransa ərazisini tərk etməsini qadağan edən və onu Nitsa şəhərindəki polis şöbəsində mütəmadi qeydiyyatdan keçməyə məcbur edən tədbirlərin aradan qaldırılmasına nail olub.


Agentliyin mənbəsinin sözlərinə görə, sahibkar “məhkəmə nəzarəti şərtlərinə mükəmməl şəkildə əməl edib”.

Bundan əvvəl Durov Fransız həbsxanasında saxlanılma şəraitindən danışaraq bildirib ki, onun kamerasında pəncərə olmayıb və yalnız dar çarpayı olub.

Xatırladaq ki, 2024-cü ilin avqustunda Durov Parisdəki Le Burje hava limanında saxlanılmışdı.
 

O, “Telegram” vasitəsilə törədilən cinayətlərdə iştirakta ittiham olunmuşdu. Telegram-ın yaradıcısı məhkəmə nəzarətinə götürülmüş və 5 milyon avro girov ödəməyə məcbur edilmişdi.


Bundan əlavə, sahibkara müvəqqəti olaraq Fransa ərazisini tərk etmək qadağan edilmişdi.

İyul ayında isə Durova ölkədən çıxmağa icazə verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO